Çatdırılma və ödəniş
Çatdırılma
- Bakı (12 rayon) və Bakı ətrafı (qəsəbələr, Sumqayıt, Xırdalan): öz kuryerlərimizlə — 5 ₼.
- Vaxt: seçdiyiniz gün ərzində (hər gün, bazar da daxil; sabahdan başlayaraq 3 gün irəli).
- Regionlar: poçt və ya karqo ilə — 8 ₼; göndərişin izləmə nömrəsini sizə bildiririk.
- Xaricə: DHL ilə. Qiymət sifariş zamanı hesablanır və ya ofisimiz qiyməti sizə bildirir.
- Mağazadan götürmə: pulsuz — Lökbatan, Qobu Park, Qobu 3, bina 37.
- 100 ₼ və yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
- Minimum sifariş: 20 ₼ (məhsulların məbləği, çatdırılma daxil deyil).
Sifarişin izlənməsi
Sifarişdən dərhal sonra izləmə linki göstərilir (e-poçt yazmısınızsa, məktubla da göndərilir). İzləmə səhifəsində sifarişin harada olduğunu və 4 rəqəmli təhvil kodunu görürsünüz. Kodu yalnız kuryerə deyin — kod olmadan sifariş təhvil verilmir. Lazım olsa, çatdırılmadan əvvəl sizinlə əlaqə saxlayıb günü dəqiqləşdiririk.
Ödəniş
Bakı və ətrafında ödəniş qapıda aparılır: kuryerə nağd və ya bank kartı ilə (POS terminal). Mağazadan götürmədə ödəniş mağazada edilir. Regionlara göndərişdə ödəniş əvvəlcədən bank köçürməsi ilədir — sifarişdən sonra əməkdaşımız sizinlə əlaqə saxlayır. Onlayn kart ödənişi tezliklə əlavə olunacaq.