Məzmuna keç
Xəstəxanalar üçün Daxil ol

Haqqımızda

“Gill Med” Məhdud Məsuliyyətli Cəmiyyəti 28 may 2020-ci ildə “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Birgə İnvest” MMC-nin dəstəyi ilə fəaliyyətə başlamışdır.

Şirkət tibbi tekstil, steril cərrahi setlər və uniformalar istehsal edir. Müəssisədə gündəlik olaraq 800–1000 ədəd tibbi heyət və xəstələr üçün geyim və uniforma, 200–250 ədəd steril cərrahi və stomatoloji dəst, 7000-ə yaxın tibbi maska və 150–200 min baxil istehsal olunur.

Müəssisənin bölmələri

  • Dərzi və kəsim
  • Steril setlərin istehsalı
  • Baxil istehsalı
  • Qablaşdırma
  • İnzibati bölmə
  • Logistika

Sosial məsuliyyət

Gill Med həm də sosial yönümlü layihədir: işçi heyətinin 90%-ni həssas əhali qrupuna aid vətəndaşlar təşkil edir.

Məqsədimiz

İstehsal gücünü artırmaq, keyfiyyətli tibbi məhsulların davamlı istehsalını təmin etmək, ixrac potensialını genişləndirmək və yerli məhsulları xarici bazarda tanıtmaq.

Telefon / WhatsApp: +994 77 378 07 03
E-poçt: [email protected]
Ünvan: Qaradağ r., Lökbatan q., Qobu Park, Qobu 3, bina 37, Bakı
İş saatları: B.e.–Cümə 09:00–17:30 (nahar 12:00–13:00), Şənbə 09:00–12:00